Anar Elmanoğlu
AZƏRBAYCANDA MİLLƏT VƏKİLİ OLMAQ VƏKİL OLMAQDAN ASANDIR
Hüquqi arayış:
Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Başqa sözlə, vəkil olmaq istəsən...
“Get, ay batandan sonra gəl, ay oğlan”
Qanunda vəkil olmaq üçün nəzərdə tutulmuş “hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmaq və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmək” tələbi ixtisasca hüquqşünas olan şəxslərə, xüsusən, gənc hüquqşünaslara münasibətdə peşə seçimi baxımından ayrı-seçkilik olub, vəkilliyi özü üçün peşə seçən gənclərin hüquqlarını, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin II hissəsində təsbit olunmuş “hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ”nu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Azərbaycan Respublikasının qanunvericiliyi hüquqşünaslıq ixtisası tələb olunan digər peşələrə münasibətdə bu sayaq məhdudlaşdırma müəyyən etmir, əksinə, bəzi hallarda stimul yaradır. Məsələn, Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, Prokuror, prokurorluğun müstəntiqi ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror və ya müstəntiq vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik Azərbaycan Respublikasının vətəndaşları ola bilər. Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən sonra, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər. Azərbaycan Respublikasının baş prokuroru stajorluq müddətini azalda və ya işçini ondan tamamilə azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir və attestasiyanın nəticəsindən asılı olaraq işçinin bir illik sınaq müddəti ilə vəzifəyə təyin edilməsi həll olunur. Göründüyü kimi, əmək stajı olmadan Qanunun müəyyən etdiyi tələblərə cavab verən hüquqşünas müsabiqədən keçməklə müstəntiq, prokuror köməkçisi işləyə bilər, amma vəkil işləyə bilməz. Şübhəsiz ki, bu peşələrin hər ikisi, həm prokuror, həm də vəkil peşəsi hüquqşünaslıq ixtisası ilə bağlıdır və onlardan hər hansı birinin digərindən üstün və ya aşağı peşə olması barədə fikir söyləmək olmaz. Belə ki, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdirsə, prokurorluq qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından şikayət edir. İstər-istəməz bir sıra suallar meydana çıxır: nə üçün əmək staji olmayan hüquqşünas müstəntiq, prokuror köməkçisi ola bilər, amma vəkil ola bilməz? Bu peşələrə sahib olmaq üçün tələblərin bu qədər kəskin fərqlənməsinin əsas kriteriyası nədir? Bu peşə sahiblərindən hansının öz fəaliyyətində insan hüquq və azadlıqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etməsi yaxud müvafiq hərəkət və ya hərəkətsizliyi nəticəsində fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına, qanuni mənafelərinə xələl gətirməsi ehtimalı daha çoxdur?
Davamı...
Açar sözlər:
Qabaqki yazılar
- Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası fəaliyyətə başladı
- Hüquq məsləhəti: sual-cavab
- CƏMIYYƏTIN «XƏSTƏLIYI»: KОRRUPSIYA VƏ RUŞVƏT
- BAŞ PROKURORLUĞA VAKANT ŞTAT VAHİDLƏRİ ÜZRƏ SƏNƏDLƏRİN QƏBULU DAVAM EDİR
- Azərbaycanda hüquq təhsilinin aktual problemləri
- Media Hüququ İnstitutu bəyanat yayıb
- AZƏRBAYCANDA MİLLƏT VƏKİLİ OLMAQ VƏKİL OLMAQDAN ASANDIR
- Dovlet remzine hormetsizlik...Bunu bineqedi rayon mehkemesinde edirler
- IMVT HAQQINDA

