Reklam verin!
Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, mənzil 7. Tel./faks: 012 492 69 50, mobil: 050 388 47 26, E-mail: imvt@inbox.az

1. Nəqliyyat vasitələrinin idarə olunması üçün verilən etibarnamələrin təsdiqi üçün:

 a) Nәqliyyat vasitәlәrindәn istifadә edilmәsi etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә әrә (arvada), uşaqlara, valideynlәrә, babaya, nәnәyә, nәvәyә, qardaşa, bacıya verilirsә - 2 manat 20 qəpik

b) Nәqliyyat vasitәlәrindən istifadə edilməsi etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә digər fiziki və ya hüquqi şəxsə verilirsә - 4 manat 40 qəpik

2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi üçün verilən etibarnamələrin təsdiqi üçün:

 a) Nәqliyyat vasitәlәrinin özgәninkilәşdirilmәsi vә ona sәrәncam verilmәsi, kredit әmәliyyatlarının aparılması üçün verilәn etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә әrә (arvada), uşaqlara, valideynlәrә, babaya, nәnәyә, nәvәyә, qardaşa, bacıya verilirsә - 2 manat 20 qəpik

b) Nәqliyyat vasitәlәrinin özgәninkilәşdirilmәsi vә ona sәrәncam verilmәsi, kredit әmәliyyatlarının aparılması üçün verilәn etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә digər fiziki və ya hüquqi şəxsə verilirsә - 4 manat 40 qəpik

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: imvt | Tarix: Aprel 13, 2008 23:04 | HÜQUQİ BİLGİLƏR | Şərhlər(0) | Baxış sayı: 48

mediaMedia Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı növbəti aylıq hesabatını açıqlayıb. “Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəd 2008-ci ilin mart ayında ölkə mediasında baş verənlərın statistika və şərhini əhatə edir. Sənədin hazırlanmasına Almaniyanın Fridrix Ebert Fondu dəstək verib.

Hesabatda vurğulanır ki, mart ayında tənqidçi medianı sıradan çıxarmaq cəhdləri səngiməyib. Ölkənin azsaylı müstəqil qəzetlərindən olan “Azadlıq”ın baş redaktoru sifarişli məhkəmə hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Media Hüququ İnstitutu cəsarətli jurnalistin həbsini tənqidçi mediaya gözdağı, “Azadlığ”ın susdurulması sifarişinin səliqəsiz icrası kimi dəyərləndirib.
Sənədin mediaya qarşı məhkəmə işlərinə yer verilən bölümündə tanınmış jurnalist Eynulla Fətullayevin həbsinə bais olmuş Tatyana Çaladzenin bu dəfə başqa tənqidçi qəzeti – “Bakı Xəbər”-i hədəfə aldığı vurğulanır. Qaçqın və Məcburi Köçkünlərin Müdafiə Komitəsinin rəhbəri kimi tanınan xanım məhkəmədən tənqidçi qəzetin üzərinə 50.000 AZN ödənc və və təkzib vermək vəzifəsi qoyan qətnamə çıxarmağı tələb edib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdan məhkəməyə şikayət edən “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov isə daha ağır tələblər irəli sürüb – məmur tanınmış jurnalistə cinayət işi açılmasını tələb edib. Hesabatda həmçinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevin Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdiyi, “Bizim yol” qəzetinin şərlənmiş şöbə redaktoru Müşfiq Hüseynovun apellyasiya şikayətinin təmin edilmədiyi də qeyd olunub. Hesabata görə, ümumilikdə martda mediaya, jurnalistlərə qarşı məhkəmə davalarının sayında azalma müşahidə olunub.

Jurnalistlərin bilgi əldə etmə imkanlarının olduqca aşağı olduğu vurğulanan hesabatda mediaya, jurnalistlərə qarşı fiziki təhdidlərə geniş yer verilib. Sənədə görə, Azərbaycanda jurnalistlərə qarşı təhdid hallarında ciddi artı müşahidə olunmaqdadır. Martda hökuməti sərt tənqid edən mövqeyi ilə tanınan “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil növbəti dəfə basqına məruz qalıb. Kimliyi bəlli olmayan şəxslər redaksiyadan evə dönən Aqil Xəlilin ürəyinin üstündən döş qəfəsinə bıçaq vurub qaçıblar. Jurnalistin fevral ayında basqına məruz qalması faktı da araşdırılmayıb. Hesabat müəlifləri tənqidçi jurnalistə qarşı törədilən qorxulu basqınların Azərbaycanda tənqidi səsləri boğa, azad medianı ictimai önəmli məsələlərlə bağlı açıq və tənqidi ifadələr işlətməkdən çəkindirə biləcəyini vurğulayıblar.
Hesabata görə, “Nota bene” qəzetinin həbsdən azad edilmiş əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) yenidən ölümlə hədələnib. Jurnalist hədələnməsi ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinə, prokurorluğa müraciət etsə də onu ölümlə təhdid edənlər tapılmayıb. Martda “Yeni Müsavat” qəzetinə də naməlum qorxulu zəng gəlib. “Hürriyyət” qəzetinin müxbiri İkram Rafiqoğlunu Gəncə Şəhər Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev hədələyib. Müvafiq qurumlar təhdidlərlə bağlı ölçülər götürməyib.
Sənəddə vurğulanır ki, jurnalistlərin döyülməsi, hədələnməsi faktlarının araşdırılması yönündə heç bir irəliləyiş nəzərə çarpmayıb. MHİ qeyd edir ki, jurnalistləri fiziki təzyiqlərdən qorumaq hökumətin öhdəliyi olsa da, bu öhdəlik yerinə yetirilməyib. Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: imvt | Tarix: Aprel 9, 2008 23:11 | BƏYANATLAR | Şərhlər(0) | Baxış sayı: 49

sorosAçıq Cəmiyyət İnstitutu - Yardım Fondu yerli Qeyri-Hökumət Təşkilatlarını, analitik-araşdırma mərkəzlərini, müstəqil məsləhət və yardım təsisatlarını 2008-ci il ictimai siyasətin inkişafı proqramı daxilində qrant müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir. İctimai siyasət debatlar proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların nəticələrini yerli və daha geniş dairədə müzakirəsini və sonradan səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini məqsəd kimi qoyur. Vətəndaş cəmiyyətinin fəalları ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri və cəmiyyətin maarifləndirməsində əvəzsiz rolu ola bilər. Bu baxımdan ictimai siyasətin müəyyənləşməsi üzrə milli ekspertlərin və yerli fəalların iştirakı və nəzarətinin gücləndirilməsi bacarıqları, ictimai məlumatlandırma və ictimai siyasət forumların gerçəkləşməsi, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin gedən proseslərə təsir etmək və hər hansı dəyişikliklərə nail olmaq imkanının inkişaf edilməsi hazırkı müsabiqənin əsas məqsədləri daxilindədir. Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: imvt | Tarix: Aprel 9, 2008 22:03 | XƏBƏRLƏR | Şərhlər(0) | Baxış sayı: 57

Qabaqki yazılar

  Yazılar cəmi: 3