İMVT qarşısına qoyduğu vəzifələrə uyğun olaraq əhalinin hüquqi maarifləndirilməsi işini davam etdirir. Bu dəfə Sizə “Mənzillərin alqı-satqısı müqavilələrinin təsdiq edilməsi üzrə notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri” barədə məlumat veririk. Blogumuzun “Hüquqi biliklər” bölməsində Sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.
Sual: Notariat kontorunda mənzil alqı-satqısı, yaxud, bağışlanması müqaviləsinin təsdiqlənməsi üçün nə qədər dövlət rüsumu ödənilməlidir?
Cavab - 1. Əgər mənzil (həmçinin, bağ evləri qurğular, tikililər, torpaqlar və digər daşınmaz əmlak) yaxın qohuma - ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya satılırsa və ya bağışlanılırsa bu halda mənzilin harada yerləşməsindən asılı olmayaraq notariat hərəkətlərinə görə 6 manat 60 qəpik dövlət rüsumu ödənilir.
Cavab - 2.Əgər mənzil (həmçinin, bağ evləri qurğular, tikililər, torpaqlar və digər daşınmaz əmlak) yaxın qohum olmayan başqa vətəndaşlara və ya hüquqi şəxslərə (təşkilatlara, firmalara) satılırsa və ya bağışlanılırsa bunun üçün Bakı şəhərində - 110 manat, digər şəhər və rayonlarda isə 44 manat dövlət rüsumu ödənilir.
Cavab - 3.Əgər mənzil (həmçinin, bağ evləri qurğular, tikililər, torpaqlar və digər daşınmaz əmlak) xarici hüquqi şəxslərə (xarici təşkilatlara və firmalara) satılırsa və ya bağışlanılırsa yerindən asılı olmayaraq, notariat hərəkətlərinə görə 440 manat dövlət rüsumu ödənilir.
Sual: Notariat kontorunda ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün nə qədər dövlət rüsumu ödənilir?
Cavab: İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində - 110 manat; digər şəhər və rayonlarda - 44 manatdövlət rüsumu ödənilir.
Sual: Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün nə qədər dövlət rüsumu ödənilir?
Cavab: güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün Bakı şəhərində - 55 manat; digər şəhər və rayonlarda isə - 22 manat dövlət rüsumu ödənilir.
Sual: Notariat kontorunda mənzil alqı-satqısıı müqaviləsinin təsdiqlənməsi üçün dövlət rüsumundan azadolmalar varmı?
Cavab: Mәnzil vә ya ev (evin bir hissәsi) alqı-satqısı vә dәyişdirilmәsi ilә bağlı notariat hәrәkәtlәri üzrә-birinci qrup işlәmәyәn әlillәr, qaçqınlar vә mәcburi köçkünlәr notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməkdən azad edilirlər.
Hazırladı: Anar Elmanoğlu
Açar sözlər:


Ədliyyə Nazirliyinin Pentensiar xidmətində 1-ci taqım komandiri işləyən şəxs barəsində məhkəmə 2 il islah işi (əmək haqqından 15% tutulmaqla) hökmü çıxarılıbsa o işdən azad olunurmu?
Aprel 9, 2008 16:55