Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, mənzil 7. Tel./faks: 012 492 69 50, mobil: 050 388 47 26, E-mail: imvt@inbox.az
Birliyin sədri Azər Nağıyevin verdiyi məlumata görə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasi” İctimai Birliyi 11 iyun 2007-ci il tarixdə təsis edilmişdir və 16 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Birliyin əsas məqsədi Azərbaycan Respublikasında gənc hüquqşünasların əməkdaşlığı, həmrəyliyi, hüquqi biliklərinin təkmilləşdirilməsi, peşə və nüfuzlarının yüksəldilməsi və təkşkilatlanması yolu ilə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gedən hüquqi, sosial, ictimai proseslərdə fəal iştirakını təmin etməkdir. Bu məqsədlərə çatmaq üçün ictimai birlik: Ø Gənc Hüquqşünasların problemlərinin həlli üçün işçi qrupu yaratmaq, yerli özünüidarəetmə, icra, qanunvericilik və məhkəmə hakimiyyətləri, yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək, sorğu keçirmək, təhlillər aparmaq;Ø Gənc hüquşünaslar arasında əməkdaşlığın inkişafı sahəsində xarixi ölkələrin təcrübəsini öyrənmək və müsbət təcrübəni yaymaq;Ø Hüquq maarifçiliyi vasitəsi ilə cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin artırılmasına nail olmaq;Ø Gənclərin sosial problemlərini araşdırmaq və mədəni inkişafına kömək etmək;Ø Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək;Ø Yeniyetmə və gənclər arasında zərərli meyllərə qarşı maarifçilik işi aparmaq;Ø Müxtəlif seminarlar, forum və konfranslar, sərgilər təşkil etmək, digər mədəni-kütləvi tədbirlər keçirmək, nəşrlər tərib etmək;Ø Məhkəmə-hüquq islahatlarının daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərmək;Ø Vəkillik peşəsinin nüfuzunun artırılmasına, gənclərin vəkillik peşəsinə həvəsləndirilməsinə kömək edən ictimai kompaniyalar təşkil etmək; Təşkilatımızın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün tədbir və layihələr hazırlanır. Gələcəkdə bu tədbir və layihələr barədə mütəmadi olaraq elan və məlumatlar veriləcəkdir. Təşkilat tərəfindən yerli, regional və beynəlxalq təşkilatlarla əlaqələr qurulur, gənc hüquqşünasların xarici ölkələrdə qarşılıqlı olaraq tədbirlərdə iştirak edərək təcrübə və gənclər mübadilələri aparılması nəzərdə tutulmuşdur.Məlumat üçün bildirmək istərdik ki, təşkilata 16-35 yaş arasında olan istənilən gənc hüquqşünaslar, hüquq fakültəsində təhsil alan tələbələr üzv ola bilər.
Açar sözlər:

