Məlum olduğu kimi Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar təcrübədə ciddi problemlər yaranmış, bundan ən çox əziyyət çəkən isə ayrı-ayrı vətəndaşlarla yanaşı həm də vəkillər və digər praktik hüquqşünaslar olmuşdur. Belə ki, bu və ya digər vətəndaş mənzil problemi ilə əlaqədar vəkilə müraciət etdikdə vəkillər qəti qərar qəbul edə, düzgün məsləhət verə bilmirdilər. Çünki, birinci instansiya məhkəməsi 228.2-ci maddəni tətbiq etdiyi halda, apellyasiya instansiya məhkəməsi 228ş5-ci maddəni tətbiq edirdi və ya əksinə. Ali Məhkəmənin də bu mənada mövqeyi birmənalı deyildi. Yaranmış problemlə əlaqədar olaraq, “İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” Birliyi (İMVT) nizamnamə məqsədlərinə uyğun olaraq sözü gedən maddələrə aydınlıq gətirilməsi üçün təşəbbüs göstərdi. Belə ki, İMVT ölkənin tanınmış vəkillərinin, praktik hüquqşünaslarının, QHT liderlərinin imzalarını toplayaraq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanovaya müraciət edərək Mülki Məcəllənin 228.5-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsini xahiş etdi.
Davamı...Açar sözlər:
1. Nəqliyyat vasitələrinin idarə olunması üçün verilən etibarnamələrin təsdiqi üçün:
a) Nәqliyyat vasitәlәrindәn istifadә edilmәsi etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә әrә (arvada), uşaqlara, valideynlәrә, babaya, nәnәyә, nәvәyә, qardaşa, bacıya verilirsә - 2 manat 20 qəpik
b) Nәqliyyat vasitәlәrindən istifadə edilməsi etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә digər fiziki və ya hüquqi şəxsə verilirsә - 4 manat 40 qəpik
2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi üçün verilən etibarnamələrin təsdiqi üçün:
a) Nәqliyyat vasitәlәrinin özgәninkilәşdirilmәsi vә ona sәrәncam verilmәsi, kredit әmәliyyatlarının aparılması üçün verilәn etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә әrә (arvada), uşaqlara, valideynlәrә, babaya, nәnәyә, nәvәyә, qardaşa, bacıya verilirsә - 2 manat 20 qəpik
b) Nәqliyyat vasitәlәrinin özgәninkilәşdirilmәsi vә ona sәrәncam verilmәsi, kredit әmәliyyatlarının aparılması üçün verilәn etibarnamәlәrin tәsdiqi üçün - etibarnamә digər fiziki və ya hüquqi şəxsə verilirsә - 4 manat 40 qəpik
Davamı...Açar sözlər:
Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı növbəti aylıq hesabatını açıqlayıb. “Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəd 2008-ci ilin mart ayında ölkə mediasında baş verənlərın statistika və şərhini əhatə edir. Sənədin hazırlanmasına Almaniyanın Fridrix Ebert Fondu dəstək verib. Hesabatda vurğulanır ki, mart ayında tənqidçi medianı sıradan çıxarmaq cəhdləri səngiməyib. Ölkənin azsaylı müstəqil qəzetlərindən olan “Azadlıq”ın baş redaktoru sifarişli məhkəmə hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Media Hüququ İnstitutu cəsarətli jurnalistin həbsini tənqidçi mediaya gözdağı, “Azadlığ”ın susdurulması sifarişinin səliqəsiz icrası kimi dəyərləndirib.
Sənədin mediaya qarşı məhkəmə işlərinə yer verilən bölümündə tanınmış jurnalist Eynulla Fətullayevin həbsinə bais olmuş Tatyana Çaladzenin bu dəfə başqa tənqidçi qəzeti – “Bakı Xəbər”-i hədəfə aldığı vurğulanır. Qaçqın və Məcburi Köçkünlərin Müdafiə Komitəsinin rəhbəri kimi tanınan xanım məhkəmədən tənqidçi qəzetin üzərinə 50.000 AZN ödənc və və təkzib vermək vəzifəsi qoyan qətnamə çıxarmağı tələb edib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdan məhkəməyə şikayət edən “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov isə daha ağır tələblər irəli sürüb – məmur tanınmış jurnalistə cinayət işi açılmasını tələb edib. Hesabatda həmçinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevin Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdiyi, “Bizim yol” qəzetinin şərlənmiş şöbə redaktoru Müşfiq Hüseynovun apellyasiya şikayətinin təmin edilmədiyi də qeyd olunub. Hesabata görə, ümumilikdə martda mediaya, jurnalistlərə qarşı məhkəmə davalarının sayında azalma müşahidə olunub.
Jurnalistlərin bilgi əldə etmə imkanlarının olduqca aşağı olduğu vurğulanan hesabatda mediaya, jurnalistlərə qarşı fiziki təhdidlərə geniş yer verilib. Sənədə görə, Azərbaycanda jurnalistlərə qarşı təhdid hallarında ciddi artı müşahidə olunmaqdadır. Martda hökuməti sərt tənqid edən mövqeyi ilə tanınan “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil növbəti dəfə basqına məruz qalıb. Kimliyi bəlli olmayan şəxslər redaksiyadan evə dönən Aqil Xəlilin ürəyinin üstündən döş qəfəsinə bıçaq vurub qaçıblar. Jurnalistin fevral ayında basqına məruz qalması faktı da araşdırılmayıb. Hesabat müəlifləri tənqidçi jurnalistə qarşı törədilən qorxulu basqınların Azərbaycanda tənqidi səsləri boğa, azad medianı ictimai önəmli məsələlərlə bağlı açıq və tənqidi ifadələr işlətməkdən çəkindirə biləcəyini vurğulayıblar.
Hesabata görə, “Nota bene” qəzetinin həbsdən azad edilmiş əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) yenidən ölümlə hədələnib. Jurnalist hədələnməsi ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinə, prokurorluğa müraciət etsə də onu ölümlə təhdid edənlər tapılmayıb. Martda “Yeni Müsavat” qəzetinə də naməlum qorxulu zəng gəlib. “Hürriyyət” qəzetinin müxbiri İkram Rafiqoğlunu Gəncə Şəhər Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev hədələyib. Müvafiq qurumlar təhdidlərlə bağlı ölçülər götürməyib.
Sənəddə vurğulanır ki, jurnalistlərin döyülməsi, hədələnməsi faktlarının araşdırılması yönündə heç bir irəliləyiş nəzərə çarpmayıb. MHİ qeyd edir ki, jurnalistləri fiziki təzyiqlərdən qorumaq hökumətin öhdəliyi olsa da, bu öhdəlik yerinə yetirilməyib. Davamı...
Açar sözlər:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu yerli Qeyri-Hökumət Təşkilatlarını, analitik-araşdırma mərkəzlərini, müstəqil məsləhət və yardım təsisatlarını 2008-ci il ictimai siyasətin inkişafı proqramı daxilində qrant müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir. İctimai siyasət debatlar proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların nəticələrini yerli və daha geniş dairədə müzakirəsini və sonradan səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini məqsəd kimi qoyur. Vətəndaş cəmiyyətinin fəalları ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri və cəmiyyətin maarifləndirməsində əvəzsiz rolu ola bilər. Bu baxımdan ictimai siyasətin müəyyənləşməsi üzrə milli ekspertlərin və yerli fəalların iştirakı və nəzarətinin gücləndirilməsi bacarıqları, ictimai məlumatlandırma və ictimai siyasət forumların gerçəkləşməsi, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin gedən proseslərə təsir etmək və hər hansı dəyişikliklərə nail olmaq imkanının inkişaf edilməsi hazırkı müsabiqənin əsas məqsədləri daxilindədir.
Davamı...Açar sözlər:
Ombudsman ölkə hüquqşünaslarının müraciətinə əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinin Konstitusiyaya uyğun olub-olmamasının yoxlanılmasını xahiş edir
İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü (İMVT) ictimai birliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin, hüquq firmalarının, vəkillərin və digər praktik hüquqşünasların Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya müraciətinin göndərilməsi barədə məlumat vermişdik.
Davamı...Açar sözlər:
Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 17-də daha üç şikayət üzrə Azərbaycana qarşı qərar çıxarıb. Bunlar Abbasov, İsmayılov və Rəhimovanın şikayəti ilə bağlı qərarlardı. Bu haqda məlumat Avropa Məhkəməsinin rəsmi saytında yerləşdirilib. Avropa Məhkəməsinin qərarına əsasən, ərizəçi Elçin Abbasova mənəvi zərər əvəzi kimi 1000 avro məbləğində kompensasiya təyin edilib. O. Avropa İnsan Hüquqları haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququ maddəsi üzrə şikayət verib.
Davamı...Açar sözlər:
17 yanvar 2008-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxaracağı qərarlar aşağıdakı işlərlə bağlıdır:
1. Abbasov Azərbaycana qarşı (Ərizə №24271/05);
Ərizəçi Elçin Nəriman oğlu Abbasov Konvensiyanın 6 § 1 (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi üzrə şikayət verib.
2. İsmayılov Azərbaycana qarşı (Ərizə №4439/04);
Ərizəçi İsmayıl Əsgər oğlu İsmayılov Konvensiyanın 6§1 (ədalətli məhkəmə araşdırması hüququ), 11-ci (toplaşmaq və birləşmək azadlığı) və 13-cü (səmərəli müdafiə vasitələrinə malik olma) maddələri üzrə şikayət verib.
3. Rahimova Azərbaycana qarşı (Ərizə №21674/05)
Ərizəşi, Natalya Onufriyevna Rəhimova Konvensiyanın 6§1 (ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli müdafiə vasitələrinə malik olma), 8-ci (şəxsi və ailə həyatına hörmət olunması hüququ) və 1 saylı əlavə Protokolun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı hüququ) üzrə şikayət verib.
Mənbə:
Açar sözlər:
11 dekabr 2007-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Qafar Daşdəmirovun Azərbaycana qarşı şikayəti ilə bağlı işə baxaraq, yekdilliklə ərizənin siyahıdan çıxarılmasına qərar verib. Buna səbəb ərizəçinin hökumətin mülahizəsinə cavab verməməsi və ona iki dəfə müraciət olunmasına baxmayaraq əvəzin ədalətli ödənilməsi ilə bağlı tələblərini Məhkəməyə göndərməməsidir. Avropa Məhkəməsi şikayətçinin öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmədiyindən və heç bir səbəbdən şikayətə baxışı davam etdirməyə lüzum olmadığından, yekdilliklə şikayətin siyahısından çıxarılması barədə qərar qəbul edib.
Qərarın ingilis dilində mətni əlavə olunur
Davamı...Açar sözlər:
Anar Elmanoğlu Инсан щцгуглары мящдудлашдырылмамалыдыр?Мцасир бейнялхалг щцгуги актлар вя тяшкилатлар бу мювгедян чыхыш етсяляр дя, бу идейаны бирмяналы гябул етмирляр «Инсан щцгуглары мящдудлашдырылмамалыдыр» формулу юзцндя инсан щцгугларынын ясасыз вя ганунсуз, щабеля зярури олан щядлярдян артыг мящдудлашдырмасынын гадаьан олунмасыны ещтива едир. Бу формул щям дя мцддятсиз (даими) мящдудиййятляри истисна едир. Демяли, мцяййян ситуасийаларда инсан щцгуг вя азадлыгларынын мящдудлашдырылмасы зяруряти ортайа чыхыр. Она эюря дя инсан щцгуглары сащясиндяки бейнялхалг тяшкилатларын практтикасында бу зярурят артыг, демяк олар ки, там шякилдя рясмиляшдирилмиш вя юз яксини тапмышдыр. Мящдудлашдырылмасы гадаьан олунан щцгуглардан бящс етмяздян яввял, мящдудлашдырылмасы мцмкцн олан щцгугларын тяснифатына диггят йетиряк. Зяннимизъя бу щямин щцгуглар арасында «сярщяддин» мцяййян едилмясиня имкан веряъякдир. Беля ки, мящдудлашдырылмасы мцмкцн олан щцгуг вя азадлыглардан асылы олараг конститутион мящдудиййятин ики нювцнц фяргляндирмяк олар:
1) мцлки вя сийаси щцгуг вя азадлыгларын мящдудлашдырылмасы;
2) сосиал, игтисади вя мядяни щцгугларын мящдудлашдырылмасы.
Биринъиляря мисал олараг, азад йердяйишмя щцгугунун мящдудлашдырылмасы, сечки мящдудиййятлярини, икинъиляря ися мцлкиййят щцгугундан истифадянин мящдудлашдырылмасыны вя с. эюстярмяк олар.
Davamı...Açar sözlər:
Sаlеh Şükürlü: «Təşkilаtın və qəzеtin fəаliyyətinin zəifləməsi mənim hərbi хidmətdə оlmаğımlа bаğlı idi».Dünyаdа vətəndаş cəmiyyətinin inkişаf еtdiyi, siyаsi, ictimаi təşkilаtlаrının rоl оynаdığı bir zаmаndа Аzərbаycаndа bir nеçə təşkilаtı və siyаsi pаrtiyаnı çıхmаq şərti ilə bu sаhədə хеyli süstlükdür. Аmmа bir nеçə il bundаn öncəyə nəzər sаlаndа hеç оlmаzsа gənclər təşkilаtlаrının fəаliyyəti hiss оlunmаqdа idi. Tеz-tеz tədbirlər, mətbuаt kоnfrаnslаrı, müəyyən хеyriyyə аksiyаlаrı və s. kеçirirdilər. Аncаq hаl-hаzırdа bu tədbirlərin və еləcə də bu tədbirlərin həyаtа kеçirən təşkilаtlаrın hеç biri nəzərə çаrpmır. Həmin dövrdə tədbirlər kеçirən, аktivliyi ilə sеçilən, sırаlаrının gеnişliyi ilə sеçilən, bütün аli təhsil müəssisələrində gеniş fəаliyyət göstərən «Mübаriz Gənclər» Birliyinin də bu аrаdа fəаliyyəti nəzərə çаrpmır. Еləcə də təşkilаtın sədri оlаn Sаlеh Şükürlünün özü də hеç bir fəаliyyətdə bulunmur. Bir vахtlаr müstəqil mətbuаt tаriхinə gəncliyin ilk müstəqil tribunаsı kimi düşən «Mübаriz Аzərbаycаn» qəzеtini оrtаyа qоyаn bu təşkilаtdаn hеç bir хəbər-ətərin оlmаmаsı hər kəsdə bir qədər nаrаhаtlıq hissi yаrаdır. Biz də bu nаrаhаtlqlаrı nəzərə аlаrаq «Mübаriz Gənclər» Birliyinin sədri, «Mübаriz Аzərbаycаn» qəzеtinin təsisçisi Sаlеh Şükürlü ilə sаdаlаdığımız məsələlərə аydınlıq gətirmək istədik. - Öncə «Mübаriz Gənclər» Birliyinin yаrаnmа tаriхinə nəzər sаlmаğınızı хаhiş еdirəm. Nеcə оldu ki, bеlə bir birliyi yаrаtmаq qərаrınа gəldiniz?
Mübаriz Gənclər Birliyi 24 аprеl 2001-ci ildə yаrаnıb. Əvvəl mən bir nеçə təlbə gənci ətrаfа yığаrаq təşkilаtı yаrаtdım. Sоnrа isə sırаlаrımız gеnişlənməyə bаşlаdı. Məqsədimiz isə gənclər аrаsındа hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin, tələbələrin hüquqlаrının qоrunmаsı, аli təhsil müəssisələrində оnlаrа qаrşı оlаn hаqsızlıqlаrа qаrşı mübаrizə аpаrmаq, tаriхi kеçmişimizi gənclərə аşılаmаq, dеmоkrаtiyа, insаn hüquq və аzаdlıqlаrı sаhəsində mааrifləndirmə işlərinin аpаrılmаsındаn ibаrət idi. Bundаn əlаvə gənclər bu birlikdə idаrəçilik vərdişlərinə yiyələnirdilər ki, bu dа gələcəkdə оnlаrın idаrəçilik sаhsində bilik və vərdişlərinin gücləndirilməsinə səbəb оlurdu. Davamı...
Açar sözlər:
Qabaqki yazılar
- Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası fəaliyyətə başladı
- Hüquq məsləhəti: sual-cavab
- CƏMIYYƏTIN «XƏSTƏLIYI»: KОRRUPSIYA VƏ RUŞVƏT
- BAŞ PROKURORLUĞA VAKANT ŞTAT VAHİDLƏRİ ÜZRƏ SƏNƏDLƏRİN QƏBULU DAVAM EDİR
- Azərbaycanda hüquq təhsilinin aktual problemləri
- Media Hüququ İnstitutu bəyanat yayıb
- AZƏRBAYCANDA MİLLƏT VƏKİLİ OLMAQ VƏKİL OLMAQDAN ASANDIR
- Dovlet remzine hormetsizlik...Bunu bineqedi rayon mehkemesinde edirler
- IMVT HAQQINDA

